1391/8/5ده گؤنده ریلیب
بؤلوم | şiirlərim       یازار :  alpay adlı türk
+ به يه ن

 

گئتمه

ترك ائتمه خياللاريمي

ظاليم سن ، اوره ييمي آليب

گوزو باغلي اونودورسان

سويوغا دؤنورسن

پاييزدان – قيشا

قارلا اؤپوشورسن

بو سن سن ...!

مني من سيز خياللاريمدان كؤچورسن

يالنيز گئديرسن

و من ...

اوره ييمي بوران يورغانينا  بورويوب

يالنيزليغيمدا

سني اونودماغا  آلدانيرام

و آغشين دوشونجه لي كونلومله

عمرومون سون دوراغيندا

قارالارا باغلانيرام

                و سوندا

    گونش آرزيسيلا  گونشه باتماغا

 

Getmə

Tərk etmə xəyallarımı

Zalim sən, ürəyimi alıb

Gözü bağlı unudursan

Soyuğa dönürsən

Payızdan – qışa

qarlq öpüşürsən

bu sən sən ...!

məni mənsiz xəyallarimdan köçürsən

yalnız gedirsən

və mən ...

ürəyimi boran yorğanına bürüyüb

yalnızlığımda

səni unutmağa aldanıram

və ağşın düşüncəli künlümlə

ömrümün son durağında

qaralara bağlanıram

və sonda

günəş arzusila günəşə batmağa